Yuxarı

Antalyada güclü yanğın hələ də davam edir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021.07.28 - 17:38

Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində meşəlik ərazidə yanğın başlayıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın küləyin də sürəti ilə şəhər mərkəzinə doğru böyüyür.

Yanğının söndürülməsi üçün xeyli texnika, 412 canlı qüvvə və 19 helikopter cəlb edilib.

Yaxınlıqda yerləşən sakinlərin ərazidən təxliyəsinə başlanılıb.

***

Antalyada güclü meşə yanğını nəticəsində ən azı 53 nəfər yaralanıb.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli məlumat yayıb.

***

Yanğın səbəbindən bir çox ev, iş yeri, tövlələr, əkin sahələri, istixanalar, avtomobillər zərər görüb.

Bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün 19 helikopterlə bərabər, 1 yanğınsöndürmə təyyarəsi, 960 canlı qüvvə cəlb olunub.

***

Antalyadakı yanğında xəsarət alanların sayı 62-yə yüksəlib.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O qeyd edib ki, bölgədəki xəstəxanaların təxliyəsi müzakirə mövzusu deyil.

Yanğının 9 saatdan çoxdur davam etdiyi bildirilib.

Manavqat Baş Prokurorluğu 4 ayrı nöqtədə baş verən yanğınlarla əlaqədar istintaq işi başladıb.

Tarix
2021.07.29 / 01:16
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla