Yuxarı

Azərbaycanın yolu ilə getməliyik - Ukraynalı ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın yolu ilə getməliyik - Ukraynalı ekspert

Əksər ukraynalılar müharibəni necə sonlandırmaq barədə düşünürlər: ya Azərbaycanın yolu ilə gedərək hərbi qələbə qazanmalı, ya da Finlandiyanın yolu ilə gedərək bu ərazilərdən birdəfəlik uzaqlaşmalı və diqqəti daxili inkişafa yönəltməliyik. Rusiya ilə yaxınlaşmaq məsələsi isə artıq gündəlikdə deyil.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi ekspert Yuri Koçevenko yerli mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

“Bu illər ərzində Azərbaycanda xalqın iradəsi ilə çox güclü ordu formalaşıb. Cəmiyyət ordunu dəstəkləyir. Onlar üçün “azad etmək və ya etməmək” kimi alternativ olmayıb. Biz bu təcrübəni öyrənməli və qavramalıyıq: Qarabağı, Şuşanı, Xocalını görməmiş uşaqlar bu ərazilərin naminə ölməyə hazır idilər. Sonda onlar istəklərinə nail oldular”, - ukraynalı ekspert deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan beynəlxalq koalisiyanın rəyini formalaşdırmaq üçün həm informasiya məkanında, həm də gənclərlə böyük iş görüb: “Birinci Qarabağ Müharibəsindən sonra dünyanın əksər ölkələri Ermənistanın tərəfində idi. Azərbaycan bu vəziyyəti dəyişməyə nail oldu. BMT tərəfindən tanınmış sərhədləri daxilində olduğunu hamıya xatırlatdı. Azərbaycan ərazilərini geri qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün 30 il gözlədi”.

Y.Koçevenko azad edilmiş ərazilərin bərpasının daha bir vacib aspekt olduğunu qeyd edib: “Biz Azərbaycanla əməkdaşlıqda maraqlıyıq. Bir çox Ukrayna şirkətləri Qarabağda işləmək istəyir. Biz elektrik enerjisinin bərpası, yeni elektrik stansiyalarının qurulması işində onlara öz xidmətlərimizi təklif edə bilərik. Düşünürəm ki, bunun üzərində çox fəal şəkildə çalışırıq və bu, çox vacib təcrübədir. İnanıram ki, nə vaxtsa biz də öz azad edilmiş ərazilərimizi bərpa edəcəyik və buna hazır olmalıyıq”.

Tarix
2021.07.31 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla