Yuxarı

Türkiyədə meşə yanğınları: nazir son durumdan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə meşə yanğınları: nazir son durumdan danışdı

2021.08.01 - 15:51

Bodrumun Gökpınar və Mazı kəndlərində yanğın yaşayış yerlərinə keçib.

Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Kənddəki evlər boşaldılıb, yanğınsöndürmə işləri davam edir.

Muğlanın Milas rayonunda Bəyçilər məhəlləsində meşəlik ərazidən başlayan yanğın küləyin təsirindən daha da şiddətlənib.

***

Hazırda ölkənin Antalya vilayətinin Manavqat və Akseki, Muğlanın Marmaris, Köyceğiz və Milas rayonlarında yanğınların söndürülməsi istiqamətində işlər davam edir.

Manavqatın Sırtköy bölgəsində alovların hündürlüyü 20 metrədək yüksəlib. Marmarisin Turunç məhəlləsində isə əhalinin evakuasiyasına başlanılıb. Milasın Gökbel kəndi tamamilə boşaldılıb.

Ölkənin Milli Müdafiə Nazirliyi Muğlanın Marmaris bölgəsindəki meşə yanğını səbəbilə Turunç bölgəsindəki vətəndaşların təxliyəsi üçün bölgəyə iki gəmi göndərildiyini açıqlayıb.

***

125 yanğın ocağından 117-si söndürülüb. 8 yanğın ocağında isə yanğın davam edir.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli deyib.

Nazir meşə yanğınlarından ən şiddətlisinin Muğlanın Marmaris rayonunda davam etdiyini qeyd edib.

Tarix
2021.08.02 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla