Yuxarı

Qətlə yetirilən prezidentin xanımı BMT-dən kömək istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətlə yetirilən prezidentin xanımı BMT-dən kömək istədi

Haiti Prezidenti Jovenel Moizin həyat yoldaşı Martine Moiz qətli sifariş edənlərin tapılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Martine Moiz CNN telekanalına danışıb.

"Biri əmr verdi, biri pulu ödədi. Bunlar bizim axtardığımız insanlardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından bu insanların tapılması üçün kömək etmələrini xahiş edirəm", - deyə Moiz bildirib.

O, qətl gecəsi evlərinin qarşısında silah səsləri eşitdiklərini və silahlıların evə girdiklərini anladıqları zaman çarpayının arxasında gizlənməyə çalışdıqlarını deyib:

"İspan dilində danışan 12 nəfər otağa girdi. Otaqda nəsə axtarırdılar, çünki onların "elə deyil, bu deyil, bu qədər" dediklərini eşitdim. Axtardıqlarını da tapdılar".

Tarix
2021.08.03 / 18:33
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla