Yuxarı

ABŞ-ın uğursuzluğu AB-ni hərəkətə keçirdi: Yeni ordu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın uğursuzluğu AB-ni hərəkətə keçirdi: Yeni ordu

ABŞ-ın Əfqanıstandakı uğursuzluğu bütün dünyada gündəm oldu.

Avropa Birliyi (AB) liderləri artıq NATO-ya başqa gözlə baxmağa başladılar. İş o yerə gəlib çatıb ki, AB öz ordusunu yaratmağı müzakirə edir. Avropa öz ordusunu yarada bilərmi? Buna ehtiyac varmı?

Axar.az “Haber Qlobal” nəşrinə istinadən xəbər verir ki, artıq AB siyasiləri bundan sonra ölkələrinin ABŞ-ın və ya başqa gücün tələbi ilə xarici ölkə torpaqlarında fəaliyyət göstərməsini istəmir.

“May ayında AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin 5 min nəfərlik mobil hərbi qüvvə olaraq yaradılmasını planlaşdıran “AB ordusu” layihəsi mövcud olub. Bu layihə Brüssel koridorlarında belə müzakirə edilirdi.

Əslində Avropanın ortaq ordusunun olmasını daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da irəli sürmüşdü. Makronun bu təklifini Almaniya kansleri Angela Merkel dəstəkləsə də, ölkəsindəki ABŞ əsgərinin varlığına görə dayanmışdı. Amma Merkeli əvəz edəcəyi gözlənilən Armin Laşet Avropa ordusu qurma qərarının amerikalıların öhdəsinə buraxılmayacağını söylədi. Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Avropa ordusuna ehtiyac olmadığını, lakin hərbi qərarlarla bağlı ABŞ-la bərabər əsasda danışmağın lazım olduğunu söyləyir.

Bəzi ekspertlərə görə, Avropa ordusunun ritorikası Avropa liderlərinin Əfqanıstandakı uğursuzluqdan uzaqlaşmaq səylərinin nəticəsidir.

AB müddəalarına görə, 27 üzv dövlət belə bir hərbi quruluşla bağlı yekdilliklə qərar verməlidir”, - şərhdə bildirilib.

Tarix
2021.09.05 / 10:32
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla