Yuxarı

Türk nazir S-400-dən danışdı: İkinci sistem gələcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk nazir S-400-dən danışdı: İkinci sistem gələcək?

Rusiyadan növbəti S-400 sisteminin alınması ilə bağlı tərəddüd yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

“Biz masa arxasına oturduğumuzda iki sistem üzərində razılaşma əldə edildi. Birincisi göndərildi. İkinci sistemlə bağlı birgə istehsal, müəyyən texnoloji mərhələlər var. Həmçinin burada detallı danışıqlar prosesi də gərəkdir. "Türkiyə birinci sistemi aldı, daha sonra isə ikinci sistemi almağı düşündü" deyə bir durum yoxdur. Yəni, yeni razılaşma yoxdur, sadəcə əvvəlki razılaşma prosesi davam edir. "Yeni səhifə açıldı, yeni razılaşma imzalandı" demək doğru deyil. Dövlət başçıları səviyyəsində gündəmə gətiriləcək məsələ deyil. Detallı danışıqlar olduğu üçün sadəcə proses bir az uzun çəkir”, - deyə nazir bildirib.

Nazir ölkəsinin amerikan "Patriot" sistemiləri ilə bağlı mövqeyini bir daha xatırladaraq, təklif gələcəyi təqdirdə dəyərləndiriləcəyini söyləyib.

Tarix
2021.09.08 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla