Yuxarı

Cavanlıq iksiri tapıldı – Kəşf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavanlıq iksiri tapıldı – Kəşf

Sibir küknarı terpenləri (terpen - tərkibində 10 və daha çox karbon atomu olan, təbiətdə çox rast gəlinən doymamış karbohidrogenlərdir) otofaqiya prosesinə təkan verərək insan bədənini təmizləyə bilər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Initium-Pharm” tədqiqat və istehsal şirkəti ilə Rusiyanın Engelhardt adına Molekulyar Biologiya İnstitutunun alimləri məlumat yayıb. Tədqiqatçılar bu nəticəyə gəlib ki, küknarın biokimyəvi proseslərə təsir qüvvəsi və xüsusiyyətləri onu gənclik və uzunömürlülük iksiri axtarışında bir inqilab adlandırmağa imkan verir.

Elm adamları iynəyarpaqlı bitkinin köklərində və gövdəsində olan terpenləri araşdırıb. Küknarların 4000 il yaşadığı və köhnə bir ağacın hüceyrələrinin gənc bitkinin hüceyrələrindən fərqinin olmadığı ortaya çıxıb. Terpenlər aşağı konsentrasiyalarda istifadə edildikdə belə, ağciyər toxuma hüceyrələrində cavanlaşma başlayır. Bu, bədənin koronavirus infeksiyası və qrip də daxil olmaqla müxtəlif yoluxucu xəstəliklərdən sağalmasının asanlaşması deməkdir.

“Otofaqiyanın funksional olmayan hüceyrələri təkrar emal etdiyini və bununla da enerji homeostazını necə qoruduğunu gördük. Bunun sayəsində hüceyrələrdə zərərli maddələrin, həmçinin virusların yığılmasının qarşısı alınır. Bir insanın ömrünü əhəmiyyətli dərəcədə artıra biləcək “gənclik iksiri”ni kəşf etmək ərəfəsindəyik”, - “Initium-Pharm” şirkətinin elmi layihələrinin rəhbəri Fania Maqanova əlavə edib.

Bəzi elm adamlarının fikrincə, hüceyrələrdəki otofaqiya stressdən qaynaqlanır. Məsələn, tez-tez oruc tutmaq və ya müntəzəm şəkildə idmanla məşğul olmaq bunun mənbəyi ola bilər. Bununla birlikdə, bədənin cavanlaşmasını stimullaşdıran bu metodun qanunauyğunluğu mübahisəli məsələdir. Araşdırma müəllifləri isə Sibir küknarı terpenlərinin otofaqiyaya çox tez və təhlükəsiz şəkildə təkan verəcəyinə ümid edirlər.

Tarix
2021.09.14 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

Son 80 ildə Azərbaycan qədər... - İlham Əliyev

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstənin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla