Yuxarı

Parisdən ABŞ-a ağır sözlər: İkiüzlü və yalan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdən ABŞ-a ağır sözlər: İkiüzlü və yalan...

Vaşinqtonla Paris arasında sualtı gəmi müqavilələri ilə bağlı ilkin müzakirələrin aparılması barədə iddialar yalandır.

Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.

"Bu müqavilə ikiüzlülük, hörmətsizlik və yalanı göstərdi. Bir müttəfiqlə belə davranmazlar. Belə münasibətlərdə bir-birlərindən gizlətməzlər və hörmətsizlik etməzlər", - Drian qeyd edib.

O, tarixdə ilk dəfə olaraq ABŞ-dakı səfiri məsləhətləşmələr üçün geri çağırdıqlarını vurğulayıb:

"Vaşinqtonla münasibətlərdə ciddi bir böhranla üzləşirik. Bu, münasibətlərimizdəki böhranın dərinliyini göstərir. ABŞ-ın başlatdığı Hind-Sakit okean bölgəsində yeni bir strategiyanın formalaşdığını qəbul edirik. Bu, hərbi baxımdan kəskin qarşıdurma strategiyasıdır".

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

Tarix
2021.09.19 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla