Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2019


“Ergenekon” və “Balyoz” məhkəməsi yenidən alovlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Balyoz" və "Ergenekon" məhkəmə prosesləri üçün dörd mühakimə yolu.

"Axar.az" xəbər verir ki, Türkiyədə "əsrin davası" olaraq adlandırlan "Ergenekon" məhkəmə prosesi və "Balyoz" məhkəmə prosesləri üçün yeni həll yolları axtarılır. Məsələ ilə əlaqədar Ədalət Nazirliyi Türkiyə Vəkillər Kollegiyasından gələcək olan təkliflərlə məsələyə yenidən baxacaq.

Həmin həll yolları:

1) XSM-lərin ləğv edilməsi

Milli Məclisdə üçüncü mühakimə paketi ilə ləğv edilən, lakin davam edən məhkəmə prosesləri bitənə qədər səlahiyyətləri davam etdirilən Xüsusi Səlahiyyətli Məhkəmələrin (XSM) tamamilə ləğv edilməsi və bu məhkəmələrdə davam edən proseslərin yenilənməsini əhatə edir. XSM-lər 2004-cü ildə qurulub. Və bu tarixdən indiyə kimi bütün məhkəmələrin yenilənməsi mümkünsüz kimi görünür. Ancaq bunun əvəzinə 5 iyul 2012-ci ildə başlayan ümumi məhkəmələrə göndərilməyən proseslərin yenidən başlaması gündəmdədir. Göründüyü kimi o tarixdə davam edən "Ergenekon", "Balyoz", "Odatv" və "KCK"nın məhkəmə prosesləri ümumi səlahiyyətli məhkəmələrə köçürüləcək.

2) Ali Məhkəmənin Baş prokuroru ləğv olunmasını istəsin

Ali Məhkəmənin Baş prokuroru Cəza Mühakiməsi Qanununun (CMQ) 310-cu maddəsinə görə hər zaman hökmün, təqsirləndirilən şəxsin lehinə ləğv edilməsi üçün etiraz edə bilər. Edilən etirazdan sonra sənəd Ali Məhkəmənin toplantısında müzakirə olunar. "Balyoz" prosesində Ali Məhkəmənin Baş prokuroru bura müraciət edə bilər. Apelyasiya mərhələsində ratifikasiya istəyən Baş prokurorun bu qərarından vaz keçərək ləğv olunmasını istəməsi kiçik ehtimal olaraq görünür.

2) CMQ-nin 311-ci maddəsinə əmredici hökmün əlavə edilməsi

XSM-lərin ləğv edilməsi ilə bərabər CMQ-na "Bu məhkəmələrin qərarları Ali Məhkəmə tərəfindən qərarsızlıq əsası ilə pozulur" əmredici hökmün (311-ci maddə) əlavə edilməsini əhatə edir. Bu həll yolu həyata keçirilsə "Balyoz" kimi dəqiqləşən məhkəmə prosesləri Ali Məhkəmə tərəfindən ləğv ediləcək. Həmin proseslər ümumi səlahiyyətli məhkəmələrdə yenidən baxılacaq.

3)Qanunun xeyrinə ləğvedilmə tələbi

Ədalət nazirliyi CMQ-nun 309-cu maddəsinə görə məhkəmələrin verdiyi qərarlar mövzusunda Ali Məhkəmədən qanunun xeyrinə ləğv edilməsini istəyə bilər. Mövcud vəziyyətdə "Ergenekon" prosesində bu yolla Ali məhkəməyə müraciət edən Ədalət Nazirliyinin "Balyoz" prosesi üçün də bu yolla müraciət edə bilməsi CMQ-nin 309-cu maddəsində "Apelyasiya yoxlamasından keçmədən" cümləsinin ləğv edilməsi lazımdır. Ədalət Nazirliyinin qanun xeyrinə ləğv edilməsi istəyinin Ali Məhkəmənin əlaqədar orqanı üçün həlldir.

Tarix
2014.01.07 / 16:45
Müəllif
Vüsal Tağı
Şərhlər
loading...
Digər xəbərlər

Honkonqda müəllimlər də küçələrə çıxdı

Tramp nəhəngləri bir araya yığdı: Razılaşmaya hazırıq

ABŞ-dan Tiflisə önəmli mesaj

Varşavadan Ağ Evə mesaj

Hindistan Pakistanla danışıqlar üçün şərtini açıqladı

Çin Venesuela neftindən imtina edir

Rustavi-2-nin eks-rəhbəri yeni teleşirkət yaratdı

Tramp bank rəhbərlərini görüşə çağırdı - Səbəb

ABŞ qalmaqallı İran gəmisinin saxlanılması barədə order verdi

Rusiya ilə ABŞ-dan öncə barışmalıyıq, yoxsa... - Vedrin

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla