Yuxarı

Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan

Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb.

Axar.az xəbər verir ki, bu sözləri erməni mesenat Ruben Vardanyan “2020 Ermənistanından 2041 Ermənistanına” forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

O xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:

“O bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik”.

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkişaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:

“Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var”.

ABŞ-ın “Moderna” şirkətinin nümayəndəsi Nübar Afeyan isə baş verənləri kollektiv satqınlıq adlandırıb. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib:

“Biz inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman “qoyqırım”dan danışırıq, keçmiş haqda...”

Tarix
2021.09.19 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla