Yuxarı

Türkiyə və AB Krımdakı seçkiləri tanımadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və AB Krımdakı seçkiləri tanımadı

Ankara Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkinin nəticələrini tanımır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi Ankara bu seçkinin hüquqi qüvvəsinin olmadığını bildirib.

Bəyanatda Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Analoji bəyanatı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell də yayıb. Bildirilib ki, AB Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqını və bu səbəbdən işğal altındakı Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımır.

“Rusiyanın Ukraynadakı Donetsk və Luqansk bölgələrinin hökumət tərəfindən nəzarət edilməyən hissələrini seçkilərə daxil etmə qərarı Minsk razılaşmalarının məqsədlərinə ziddir. AB Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir”, - deyə Borrell bildirib.

Tarix
2021.09.21 / 11:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla