Yuxarı

Qırğız-tacik sərhədində kütləvi dava baş verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan-Tacikistan sərhədində məktəblilər və valideynlərinin iştirakı ilə kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayət administrasiyası rəhbərinin müavini Murafxan Tulayev məlumat verib.

O bildirib ki, günorta saatlarında təxminən 30-a yaxın tacik məktəbli Kok-Taş sərhəd kəndində 13-14 yaşlı dörd qırğız yeniyetməyə hücum edərək onları döyüb. Nəticədə onlar ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Tulayevin sözlərinə görə, hazırda sərhəddə vəziyyət nəzarət altındadır.

Bundan əlavə, "Smotrim.ru" saytı yazır ki, döyülən yeniyetmələrin valideyn və yaxınları qonşu dövlətin ərazisinə gedərək 2 şagird və onların valideynlərinə xəsarət yetirib. Bundan sonra, daha 50 nəfər davaya qoşulub və ciddi qarşıdurma yaşanıb. Hər iki ölkənin administrativ şəxslərinin müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb.

Tacikistan tərəfi isə baş verənləri provokasiya adlandırıb.

Tarix
2021.09.23 / 22:12
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla