Yuxarı

Onlar kosmosa uçarkən, mən bununla məşğul idim - Qeyts

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı milyarderlərindən olan Bill Qeyts məşhur şoumen Ceyms Kordenlə müsahibəsində milyarderlərin kosmik yarışı ilə bağlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, Qeyts milyarderlərin kosmosa uçuşu ilə bağlı fikirlərini belə ifadə edib:

“Kosmos? Burada, dünyada görəcəyimiz daha çox iş var. Milyarderlər kosmosa uçarkən mən malyariya və HİV kimi xəstəliklərdən qurtulmaqla məşğul idim”.

Qeyd edək ki, dünyaca məşhur “Tesla” şirkətinin rəhbəri İlon Mask sentyabrın 16-da kosmik orbitə 4 "həvəskar astronavt" göndərmişdi. ABŞ-ın Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən buraxılan kapsul təxminən 575 kilometr yüksəkliyə çatmışdı.

Ticarət nəhəngi “Amazon” rəhbəri Ceff Bezos da “Blue Origin” şirkəti tərəfindən hazırlanan kosmik gəmi ilə 20 iyul tarixində 106 kilometr yüksəkliyə qalxaraq kosmos səyahətini həyata keçirmişdi.

İngilis iş adamı Ser Riçard Branson da 11 iyulda şirkəti “Virgin Galactic” tərəfindən hazırlanan vasitə ilə kosmosun başlanğıc nöqtəsi hesab edilən nöqtədən 100 kilometr məsafə qət etmişdi.

Tarix
2021.09.26 / 10:53
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla