Yuxarı

Türkmən tələbə Rusiyada 20-dən çox insanı xilas etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmən tələbə Rusiyada 20-dən çox insanı xilas etdi

Perm Dövlət Universitetində baş verən terror zamanı türkmən əsilli Ovezberdi Sabirov 20-dən çox tələbədən ibarət qrupun kampusdan tez bir zamanda evakuasiya edilməsinə kömək edib.

Axar.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, faciə baş verən zaman kimya fakültəsinin 3-cü kurs tələbəsi O.Sabirov birinci mərtəbədə olub və anidən silah səslərini eşidib, gözətçinin necə yaralandığını görüb.

"Ovezberdi yerində qalmağın son dərəcə təhlükəli olduğunu başa düşüb və təcili çıxış axtarmalı olub. Tələbə bütün türkmən və rus dostlarını toplayıb, eyni zamanda yaxınlıqdakı hər kəsi binanın başqa istiqamətinə aparıb", - deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 20-də səhər Perm Dövlət Universitetində tələbənin açdığı atəş nəticəsində 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

Tarix
2021.09.26 / 21:59
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla