Yuxarı

İrəvan müharibəyə görə 800 nəfərə ittiham irəli sürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan müharibəyə görə 800 nəfərə ittiham irəli sürdü

Ermənistan Baş Prokurorluğu 2020-ci ilin payızında Qarabağdakı döyüş fəaliyyətləri ilə bağlı olan 2 min cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, cinayət işlərində çağırış və hərbi bölmələrin doldurulması zamanı yol verilən mümkün pozuntular, özbaşına xidmət yerini tərk etmə, qanunsuz silah və sursat əldə etmə, onların Qarabağdan Ermənistana gətirilməsi və digər hallar araşdırılır.

Bundan başqa Azərbaycan Ordusunun Ermənistan sərhədinə və Şuşaya hərəkəti, eləcə də ordunun cənub istiqamətində idarəsinin təhqiqatı aparılır. Xüsusilə Cəbrayıl, Hadrut, Daşaltı, Şuşa, Lələtəpədəki döyüş fəaliyyətləri daha çox öyrənilir.

Agentlik təkcə Qarabağın cənubu və Şuşa istiqamətindəki döyüşlərlə bağlı açılan cinayət işində 150 nəfərin adının keçdiyini bildirib. Onlar sırasında separatçıların lideri Araik Arutyunyan, onun müşaviri, separatçı qoşunların rəhbəri, eləcə də “təhlükəsizlik şurasının katibi”nin adlarının yer aldığı vurğulanıb. Əldə edilən sübutlar əsasında 800 nəfərin ittiham olunan şəxs kimi cinayət işlərinə cəlb edildiyi qeyd edilib.

Tarix
2021.09.28 / 14:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla