Yuxarı

Qatillərin qorxulu yuxusu olan 10 detektiv

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur detektivlər haqqında maraqlı məlumatları oxuculara təqdim edirik:

1. Şerlok Holms Şerlok Holms, Ser Artur Konan Doyl tərəfindən yaradılan bir detektiv obrazıdır. Konan Doyl bu obrazı öz universtet professorundan təsirlənərək yaradıb. Şerlok Holms tamamilə düşüncə və məntiq üçün yaşayaraq, təqib gücünü sistemli bir şəkildə formalaşdırıb. Assosialdır, hər hansı bir cinayət işi ilə məşğul olmadığı vaxtlarda, zehni problemləri olduğu üçün kokain və mörfi istifadə edir.

Kopernik nəzəriyyəsi ilə öz düşüncə sistemi uyğun gəlmədiyinə görə bu nəzəriyyə haqqında ümumiyyətlə məlumatı yoxdur, amma külqabıdakı siqaret külünün hansı siqaretə məxsus olduğunu o dəqiqə müəyyənləşdirə bilir. "Qanunun digər tərəfində olsaydım ən bacarıqlı cinayətkar olardım". Ən böyük düşməni professor Moriarti adlı bir qatildir, ən yaxın və tək dostu isə Doktor Vatsondur.

2. Erkül Puaro Erkül Puaro, Aqata Kristi tərəfindən yaradılmış roman xarakteridir. Puaro nizam-intizama həddindən artıq riayət edən bir adamdır və bir çox cinayətləri də, məhz bu özəlliyi sayəsində aça bilir. Cinayətləri, hadisələri təqib etməklə deyil, daha çox şahidlərdən aldığı informasiyalar vasitəsilə və beynində kiçik hekayələr qurmaqla öz kreslosunda fikirləşərək açır.

3. Tomas Maqnum 1980-ci illərə öz damğasını vuran detektiv Tomas Maqnum keçmiş donanma zabitidir. Milyonçu, bestseller yazıçısı Robin Mastersin Havay adalarındakı malikənəsinin şəxsi mühavizəsini təşkil edir amma ara-sıra özəl detektiv faəliyyəti ilə də məşğul olur.

4. Devid Edison Devid Edison 1985-1989-cu illərdə ekranlarda yayımlanan məşhur "Mavi Ay" serialındakı detektiv obrazıdır. Cinayətləri özünə xas tərzdə çözən Edison, tamaşaçıları detektiv olmaq arzusuna salan ilk film qəhramanı sayılır.

5. Behzat Ç. Behzat Ç. hələ serial xarakteri olmamışdan əvvəl yazıçı Emrah Serbesin "Behzat Ç. Bir Ankara Polisi" romanında əsas obraz idi. Romandakı Behzat Ç. 1985-ci ildə Polis Akademiyasından məzun olub, Cinayət Bürosunda xidmət edir. Ancaq xidmət etdiyi müddətdə aldığı cəzalara görə heç vaxt təltif edilməmiş, rüstbəsi yüksəldilməmişdir.

6. Mayk Xammer Əfsanəyə çevrilmiş bir roman qəhrəmanı; detektiv Mayk Xammer, yazıçı Mickey Spillayın tərəfindən yaradılmış bir obrazdır. Naqqa deyil, əksinə çox ciddi görkəmi var, ölüm qədər soyuqqanlıdır, heç bir əməliyyatda öz xeyrini düşünmür, adələt uğrunda özünü təhlükəyə atır, mükafat olaraq isə cəmi 50-60 dollar tutan əməliyyat xərclərindən başqa bir sent belə almır.

7. Culyas Marqaret Jorj Simenonun roman qəhramanıdır. Romanlarda komissar dedikdə ilk ağla gələn addır Culyas Marqaretdir. O cinayətləri psixoloji yöndən açır. Sakit və işgüzar xarakterə sahibdir. Öz sahəsindəki bir çox obrazdan fərqli olaraq ailəlidir, amma buna baxmayaraq o, hər hansı bir cinayət hadisəsi ilə məşğul olanda ev, yemək, yatmaq və ailə də, daxil olmaqla həyatındakı hər şey unudaraq tamamilə işinə köklənir.

8. Filip Marlove Filip Marlove, Məşhur Amerikan yazıçısı Raymon Kandlerin "Böyük yuxu" və "Uzun Vida" kitablarının əsas qəhrəmanıdır. Marlova qaradinməz adam olmaqla yanaşı həm də incəsənətlə maraqlanır, fəlsəfi kitablar oxuyur, şahmat və şeirdən həzz alır. Problemləri həll etmək üçün şiddət yolunu seçmir, əksinə daha çox humanizm prinsiplərinə söykənir.

9. Lord Peter Vimsey İngilis qadın yazıçı Drotinin yazdığı 40-a qədər detektiv romanın baş qəhramanıdır. Peter birinci dünya müharibəsində ağır yaralanıb. Müharibədən sonra 20-ci illərdə Londonda varlı və subay halda yaşayan Lord Peterin ən böyük maniası çətin tapılan kitabların kolleksiyasını yaratmaqdır. Savadlı adamdır Lord Peter, hər şeydən azacıq da olsa məlumatı var. Eynilə müasiri Şerlok Holms kimi. Holmsdan yeganə fərqi isə qadınları sevməsi və onlara güvənməsidir.

10. Miss Marple Siyahıdakı yeganə qadın detektiv olan Ceyn Merpıl yazıçı Aqata Kristi tərəfindən yaradılmış bir obrazdır... Ceyn İngiltərədə kiçik bir qəsəbədə yaşayır. İlk baxışda adi yaşlı bir qadın kimi görünsə də, əslində, zəkası və insan təbiəti haqqında olan məlumatları ilə ətrafında baş verən cinayətlərin üstünü ingilis polisindən daha tez və məntiqli şəkildə aça bilir. (http://1937.az/view/1407)

"1937.az"

Tarix
2014.01.08 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla