Yuxarı

Türkiyədə iki İran casusu belə yaxalandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə iki İran casusu belə yaxalandı - Video

21:01

Türkiyənin Van vilayətində polis ilə Milli İstihbarat Təşkilatı ortaq xüsusi əməliyyat keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində keçmiş iranlı M.A adlı hərbçini ölkəsinə qaçırtmaq istəyən 2-si İran casusu olmaqla, 8 nəfər saxlanılıb.

MİT tərəfindən İran kəşfiyyatçılarının M.A-nı İrana qaçaq yolla gətirmək üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqları müəyyən edilib.

Şəbəkə üzvlərinin sonra M.A-nın həyat yoldaşı M.E.-yə 10 min dollar təklif etdiyi, bunu qəbul etməyəcəyi təqdirdə İrandakı ailə üzvlərinə zərər veriləcəyi ilə bağlı təhdid edilib.

İran kəşfiyyatının M.A-nı avtomobillə qaçırtmaq üçün 2 nəfəri sentyabrın 24-də Vana göndərdiyi təsbit edilib. Bundan sonra Vanın əmniyyət polisi ilə MİT əməliyyat keçirib.

Qeyd olunub ki, saxlanılanlardan 6-sı Türkiyə vətəndaşıdır.

Tarix
2021.10.13 / 21:46
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla