Yuxarı

Saakaşvilidən etiraf: Planlaşdırdığım kimi olmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvilidən etiraf: Planlaşdırdığım kimi olmadı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bundan öncə də ölkəsinə qayıtmaq üçün cəhd etdiyini bildirib.

Axar.az xəbər verir ki, siyasətçi bu barədə “Mtavari arxi” telekanalına məktub vasitəsilə müsahibəsində deyib.

“Uzun müddətdir ki, hazırlaşırdım. Bu, mənim ilk səfər cəhdim deyildi. Hər şey planlaşdırdığım kimi olmadı. Nələrsə edildi və birinci cəhdim az qala faciə ilə nəticələnəcəkdi. Bunlar ümumilikdə mediada təsvir olunan biznes-reysi, yaxud başqa bir şey deyildi”, - deyə Saakaşvili bildirib.

O bildirib ki, gəlişinin ilk səbəbi qarşısıalınmaz, sərhədsiz vətən həsrət idi:

“Hər gecə Gürcüstanın müxtəlif yerlərini yuxumda görürdüm. Pekin küçəsi, dəhlizim, Rustaveli, Vera və 51 nömrəli məktəb, İlk eksperimental məktəbi, Borjomi, Batumi, Anakliya, Qaqra... İkincisi də, bu, rasional, uzun müddət düşünülmüş addım idi. Demoqrafiyaya, geosiyasətə, daxili institutların dağıldığına baxdıqda, düşünürəm ki, biz geri qayıtmağın mümkün olmadığı cizgiyə gəlmişik”.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tiflisdə polis tərəfindən saxlanılıb.

Tarix
2021.10.13 / 23:44
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla