Yuxarı

Zelenski Medvedçuku Putinə verəcəkmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Medvedçuku Putinə verəcəkmi?

Ukraynanın “Həyat naminə müxalif platforma” partiyasının siyasi bürosunun rəhbəri Viktor Medvedçuk Rusiya vətəndaşlığını daşısaydı, onun mübadiləsi məsələsinə baxmaq olardı.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski yerli mediaya açıqlamasında deyib.

Jurnalist bununla bağlı Rusiyadan hər hansı mesajın verilib-verilmədiyini soruşduqda, Zelenski belə bir ismarışın göndərilmədiyini söyləyib:

“Konkret nələrsə olmayıb. Hansı mesajlar ola bilər - axı Medvedçuk Ukrayna vətəndaşıdır və o, Ukrayna qanunlarına tabedir! Məsələn, Rusiya onun (Medvedçuk –red.) vətəndaşlığını təsdiq etsəydi, bu, tam mümkün idi. O zaman biz böyük məmnuniyyətlə Ukraynanın əsl qəhrəmanları və vətəndaşları ilə mübadilə etmək imkanına nəzər yetirərdik”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Medvedçuk bu ilin mayında ev dustaqlığına məhkum edilib. O, Rusiya şirkətləri ilə birgə Krım yaxınlığında neft-qaz hasilatı ilə məşğul olmaqda şübhəli bilinir.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.

Tarix
2021.10.17 / 22:49
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla