Yuxarı

Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü – Video

14:35

Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.

Axar.az-ın verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik.

***

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.

Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.

Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.

Tarix
2021.10.23 / 15:13
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla