Yuxarı

Türkiyə bu ölkədə yeni baza tikir - Admiral

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bu ölkədə yeni baza tikir - Admiral

Türkiyə Aralıq dənizinin şərq hissəsində qazma işi aparan gəmilərini müşayiət edən hərbi gəmilərin bölgəyə tez vaxtda çatması üçün Kiprdə hərbi dəniz bazası tikəcək. Artıq bununla bağlı Şimali Kipr rəhbərliyi ərazi də ayırıb.

Axar.az xəbər verir ki, ehtiyatda olan kontr-admiral Cihad Yaycı bazanın böyük üstünlüyü olduğunu deyib.

O bildirib ki, Kipr adası Süveyş kanalını, Orta Şərqin Aralıq dənizi sahillərində olan hissəsini, eyni zamanda Ceyhan limanından neft tranzitinə nəzarət edən çox vacib bir mövqedədir:

“Kiprdəki baza suveren baza statusuna sahib olmalı, Türkiyənin torpağı sayılmalıdır. Bu baza Türkiyə qanunları ilə idarə olunmalı və bayrağı asılmalıdır. Bu gün ABŞ, İngiltərə, Rusiya və Çin bazalarının əksəriyyəti bu statusa malikdir. Bu baza sayəsində Türkiyə donanması Şərqi Aralıqdakı mövcud bölgənin mərkəzində olacaq. İstənilən halda baza Türkiyəyə böyük geosiyasi və geostrateji üstünlük verir. Bu bazanın inşası türksüz Kipr və Türkiyəsiz Şərqi Aralıq xəyallarının qarşısında yeni bir sədd çəkəcək”.

Tarix
2021.10.24 / 10:11
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla