Yuxarı

Tarixin ən böyük diplomatik qalmaqalı ilə üz-üzəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixin ən böyük diplomatik qalmaqalı ilə üz-üzəyik

10 səfirin arzuolunmaz şəxs elan edilməsinin Osman Kavala və ya məhkəmənin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Belə olsaydı, ağır ittihamlar altında olan keşiş Branson Trampın telefon zəngi, Dəniz Yücəl isə Merkelin istəyi ilə buraxılmazdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Prezident Ərdoğanın 10 səfirin arzuolunmaz şəxs elan edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

"Ən çox ixrac həyata keçirtdiyimiz ölkələrlə tariximizdə ən böyük diplomatik böhrana səbəb ola biləcək bu tələskənlik nədir? Müstəqil məhkəmə sistemimizin qərarlarına qarşı daxili və xarici müdaxilələrə hamımız etiraz edək. Lakin bu iqtidar belə bir fikir yaradıb ki, bizim məhkəmə başqa paytaxtlardan gələn göstərişlərlə işləyə bilər. Kavalaya hər bir vətəndaşın layiq olduğu müstəqillik hüququ və ədalətli mühakimə qərarı verəndə başqa paytaxtları susdurarsınız!" - Davudoğlu bildirib.

Qeyd edək ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırıb. Ərdoğan isə ölkənin müstəqil məhkəmələrinə təzyiq edən səfirlərin “arzuolunmaz şəxs” elan olunması üçün göstəriş verib.

Tarix
2021.10.24 / 15:19
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla