Yuxarı

İki türk ölkəsi sərhədlərlə bağlı saziş imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki türk ölkəsi sərhədlərlə bağlı saziş imzaladı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Türkmənistana rəsmi səfəri zamanı iyirmi ikitərəfli sənəd, o cümlədən dövlət sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.

Axar.az xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə tərəflər əldə etdikləri razılaşmalar arasında sərhədlərin hüquqi möhkəmləndirilməsinə dair müqavilələrin əhəmiyyətinə diqqət çəkiblər.

Bundan başqa, prezidentlər metallurgiya, maşınqayırma, neft-kimya, qida və əczaçılıq sənayesi, həmçinin kənd təsərrüfatı məhsulları, ilk növbədə, un və buğdanın tədarükünü artırmaq məsələlərini də müzakirə ediblər.

Görüşdə, eyni zamanda, Qazaxıstanın Türkmənistan qazının idxalını əhəmiyyətli dərəcədə artırmağa hazır olduğu qeyd edilib.

Tərəflər regional və qlobal gündəlikdəki məsələləri də müzakirə ediblər.

Tarix
2021.10.25 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla