Yuxarı

İrəvanda aksiyaçılar metronun işini iflic etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda aksiyaçılar metronun işini iflic etdi

Ermənistanda “Qurtuluş” hərəkatının fəalları səhər saatlarında İrəvanın “Dəmirçiyan” stansiyasında aksiya keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Aksiya iştirakçılarının sözlərinə görə, onların iştirakı apolitik xarakter daşıyıb.

Aksiyaçılar metro vaqonlarının qapılarını saxlayaraq, onun hərəkətinə mane olub və metronun fəaliyyətini iflic ediblər. Əsas tələb isə Azərbaycanla masada olan sənədlərin ictimaiyyətə açıqlanmasıdır.

Polis qısa müddətdə azsaylı aksiya iştirakçılarını kənarlaşdıra bilib, onlardan iki nəfər saxlanılıb.

İrəvan polisi metronun 10 dəqiqə fasilədən sonra işini tam bərpa etdiyini açıqlayıb.

Qeyd edək ki, azsaylı ictimai fəalların 22 noyabrdan başladığı küçə aksiyalarına rusiyayönlü qüvvələr, xüsusilə parlament müxalifəti dəstək vermir. Bəzi müşahidəçilər bunu Rusiyanın mövqeyi ilə izah edirlər. Onların fikrincə, kommunikasiyaların açılması Moskvanın maraqlarına uyğundur və bu aksiyalar qoşulmaqla rusiyayönlülər Kremlə zidd getmək istəmirlər.

Tarix
2021.11.24 / 13:37
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla