Yuxarı

Rusiya mediası qazax deputatı qəzəbləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mediası qazax deputatı qəzəbləndirdi

Qazaxıstan parlamentinin deputatı, “Ağ Yol” partiyasının lideri Azat Peruaşev Rusiya mətbuatının rus əhalisinin vəziyyəti və ölkədə rus dilinin statusu ilə bağlı dərc etdiyi yazılardan qəzəblənib.

Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

"Rusiya mediası Qazaxıstanda rus dili mövzusu ilə “oynamağa” davam edir. Onların fikrincə, Qazaxıstanda rus dilinə müharibə elan ediblər", - o bildirib.

Qazaxıstanlı deputat qeyd edib ki, Rusiya mediasında bu yaxınlarda Qazaxıstanda mühakimə olunan rusiyalı iş adamı Viktor Balaşovun məhkəməsi ilə bağlı qərəzli yanaşma var:

"Məhkəmə iclaslarının birində Qazaxıstanda ruslara münasibəti nasizmlə müqayisə edən Balaşovun sözləri məni heyrətə gətirdi. Əgər bütün oğruların, fırıldaqçıların onları məsuliyyətə cəlb edən dövlət haqqında fikirlərini toplamağa başlasanız, məncə, neqativ hallar yaradacaq. Qonşuları ləkələmək üçün cinayətkarların sözlərinə güvənirsiniz?"

O, Rusiya və Qazaxıstanı bir-birinə kömək etməyə və milli müstəqilliyə hörmət etməyə çağırıb. Peruaşev xatırladıb ki, istənilən xalqın, o cümlədən Qazaxıstanın öz milli maraqları var.

O əlavə edib ki, Qazaxıstanda normal dövlət quruculuğu prosesi gedir.

Tarix
2021.11.28 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla