Yuxarı

İranla nüvə danışıqları: ABŞ hazırdır, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla nüvə danışıqları: ABŞ hazırdır, lakin...

2021.11.29 - 20:20

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları bu gün yenidən başlayır.

Axar.az xəbər verir ki, Avstriya paytaxtının “Koburq” sarayında Avropa İttifaqının sədrliyi altında keçirilməsi nəzərdə tutulan danışıqlarda 2015-ci ildə İranın öz nüvə proqramının dinc məqsədlər üçün istifadə edəcəyinə dair bağlanmış sazişin bərpası və 2018-ci ildə Tramp administrasiyası dövründə sazişi birtərəfli qaydada tərk edən ABŞ-ın yenidən sənədə qoşulması müzakirə ediləcək.

***

Vyana danışıqlarında Tehran razılaşmanın ilkin parametrlərinə qaytarılmasını təklif edən nüvə yolu üzrə işləməyə razılıq verib.

Bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.

Diplomat qeyd edib ki, Donald Trampın bütün maksimum təzyiq siyasəti qüvvədə qalır, bundan əlavə, vaxtaşırı İrana qarşı əlavə sanksiyalar tətbiq edilir.

"İran ABŞ-la nüvə razılaşmasının bərpası ilə bağlı ABŞ-la birbaşa dialoqa hazır olmadığını bildirib. Amerikalılar razılıq əldə olunarsa, maksimum təzyiq siyasətindən əl çəkməyə hazırdırlar, lakin hələlik onlar köhnə istiqamətə sadiqdirlər", - Ulyanov bildirib.

O etiraf edib ki, danışıqlar Vaşinqtonla Tehran arasında birbaşa təmaslar olmadan uğurla başa çatdırıla bilər.

Tarix
2021.11.30 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla