Yuxarı

Ərdoğanın təklifinə Kiyevdən cavab gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın təklifinə Kiyevdən cavab gəldi

Kiyev Normand formatındakı işə sadiqdir, lakin biz heç vaxt digər tərəfdaşların və ya dostların təkliflərini və ya təşəbbüslərini geri çevirməmişik.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olması ilə bağlı bəyanatı haqda danışarkən deyib.

“Biz bu müharibənin sona çatmasına, hazırda Rusiyanın nəzarəti altında olan Ukrayna ərazisinin geri alınmasına kömək edə biləcək hər cür səyi məmnuniyyətlə qarşılayacağıq. Bu cür tərəfdaşlarla əməkdaşlığa və səylərimizi koordinasiya etməyə hazırıq”, - deyə Kuleba bildirib.

O, Ukraynanın üçtərəfli danışıqlarda yeganə şərtinin Kiyevin iştirakı olmadan heç bir qərarın qəbul edilməməsi olduğunu vurğulayıb:

“Bu, bizim qırmızı xəttimizdir. Qalan hər şeyi məmnuniyyətlə qarşılayırıq. Münaqişəyə son qoymaq üçün istənilən təşəbbüsü danışmağa və məsləhətləşməyə hazırıq”.

Tarix
2021.11.30 / 17:58
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla