Yuxarı

İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

İran sərhədçiləri ilə Taliban döyüşçüləri arasında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə ilk məlumatı “Aamaj Nyus” yayıb. Bildirilib ki, toqquşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 17:00-da) başlayıb. Toqquşma səbəbi açıqlanmasa da, İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin Talibanın nəzarətinə keçdiyi vurğulanıb.

“Etimad” nəşri isə artıq İran sərhədçiləri ilə Taliban hərəkatı arasında atışmanın dayandığını yazıb. Bildirilib ki, toqquşma zamanı bir-birinə artilleriya zərbələri də endirilib.

Taliban Əfqanıstan-İran sərhədində toqquşma olduğunu və hazırda atəşin dayandırıldığını təsdiqləyib. Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim "Tolo Nyus" kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib.

İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib.

İran tərəfinin iddiasına görə, atışmanı Taliban başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda "yanlış təəssürat" olub.

Tehran sərhəd-keçid məntəqələrinin Talibanın nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.

Tarix
2021.12.01 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla