Yuxarı

Nazarbayev: Qorbaçovla oturmuşduq, Yeltsin içəri girdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayev: Qorbaçovla oturmuşduq, Yeltsin içəri girdi...

Keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovla Rusiyanın eks-prezidenti Boris Yeltsin arasında Belovejsk sazişinin imzalanmasından sonra baş verən mübahisənin səbəbi məlum olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nailə Əsgərzadənin “Birliksiz 30 il” filmində danışıb.

Nazarbayev xatırladıb ki, o, Yeltsindən Belovejskə səfər etmək və Sovet İttifaqının dağılması ilə bağlı müqavilə imzalamaq dəvətini alıb, lakin bunu rədd edib. Əvəzində ertəsi gün Moskvaya gedib və orada Qorbaçovla görüşməyə çalışıb.

"Səhər təyin olunmuş vaxtda gəldim, oturdum, danışdım, bir müddət sonra Yeltsin içəri girdi. Qorbaçov ona dedi: "Yaxşı, sən nə etmisən? Nə istəyirsən? Bəs nüvə silahının taleyi necə olacaq? Birləşmiş silahlı qüvvələrin taleyi necə olacaq?" Yeltsin yerindən sıçradı və dedi: "Mənim üçün dindirmə təşkil edirsən?" Qorbaçov isə həmin an "Dindirməni mən təşkil etmirəm, soruşuram, cavab ver" dedi. Yeltsin "Mən sizə cavab vermək fikrində deyiləm" deyə cavab verdi", - Nazarbayev xatırladıb.

Qazaxıstanın keçmiş liderinin sözlərinə görə, Qorbaçov Yeltsinə xatırladıb ki, o, hələ də Sovet İttifaqının rəhbəridir. Yeltsin bununla razılaşıb, lakin sonra elan edib ki, tezliklə Qorbaçovun kreslosuna məhz o oturacaq:

"Sonra yüksək tonda danışıq, söyüşlər oldu".

Tarix
2021.12.05 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla