Yuxarı

Putin Dehlidə: Modi ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Dehlidə: Modi ilə görüşdü

16:12

Rusiya Prezidenti Vladimir Putinin Hindistana rəsmi səfəri başlayıb.

Axar.az xəbər verir ki, Putin səfər çərçivəsində Hindistan Baş naziri Narendra Modi ilə görüşəcək.

Danışıqlar zamanı tərəflərin beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən G20, BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətə dair fikir mübadiləsi aparacaqları, həmçinin strateji sabitlik, terrorizmlə mübarizə, Asiya-Sakit okean regionu və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparıb.

Görüş Nyu Dehlinin mərkəzindəki Heydərabad sarayında keçirilib. Bu, 2019-cu ilin noyabrında Braziliyada keçirilən BRİKS Sammitindəki danışıqlardan sonra liderlərin ilk təkbətək görüşüdür.

Birgə sənəddə Rusiya və Hindistan “qlobal sülh və sabitliyin sütunu” olaraq dəyərləndirilən strateji tərəfdaşlığa sadiqliklərini təsdiqləyiblər.

Putin vurğulayıb ki, iki ölkə arasında münasibətlər inkişaf edir və gələcəyə hədəflənib.

Modi isə öz növbəsində pandemiyanın dövlətlər arasında dialoqa təsir göstərmədiyini və tərəfdaşlığın inkişaf etdiyini vurğulayıb.

Tarix
2021.12.06 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla