Yuxarı

ABŞ Lavrovla razılığa gəlməsə, Şoyqunu “qarşılayacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Lavrovla razılığa gəlməsə, Şoyqunu “qarşılayacaq”

Rusiyanın Ukraynanı işğal edəcəyi təhlükəsi şişirdilib, Moskva və Vaşinqtonun əsas problemlər üzrə razılaşmaq şansları var.

Axar.az xəbər verir ki, bunu fransız siyasi ekspert Floran Parmentye “Fiqaro” nəşrinə müsahibəsində deyib.

Parmentyenin sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhəddə hərəkətləri Qərb ölkələrinin, xüsusən də ABŞ-ın təxribatlarının nəticəsidir:

“Rusiya son iki-üç hərbi hadisəyə cavab verməyə çalışır: Türkiyə pilotsuz təyyarələrinin peyda olması, NATO-nun Qara dənizdə hərbi varlığının gücləndirilməsi və Rusiyadan 20 kilometr aralıda Amerika bombardmançılarının yerləşdirilməsi. Bir neçə həftə əvvəl Vladimir Putin öz ərazisində təhlükəsizlik zəmanəti almaq arzusunu bildirib. Bütün hallarda Moskva Ukrayna ilə NATO-nun “izdivacını” qəbuledilməz sayacaq”.

Müəllif Rusiya ilə ABŞ arasında Ukraynadakı vəziyyətlə bağlı aparılan danışıqlara da toxunub. Onun fikrincə, hər iki geosiyasi oyunçunun qüvvələri təxminən bərabər olduğu halda, Moskva və Vaşinqtonun münasibətləri normallaşdırmaq şansı var. Bununla belə, hər iki tərəfin laqeydliyi dəhşətli nəticələrə səbəb ola bilər:

“Bu böhranda Moskva müəyyən mövqe tutur və ABŞ-a deyir: "Əgər Sergey Lavrovla ünsiyyət qurmaq istəmirsənsə, eybi yoxdur. Amma o zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqunu dinləməli olacaqsan". Və bu, çox şey deyir”.

Tarix
2021.12.07 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev xalqa müraciət edir - Canlı yayım

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Şərifdən 8 Noyabr mesajı: Cəsarətin tarixi sübutu...

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla