Yuxarı

Gələn ildən insan beyninə çip yerləşdiriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn ildən insan beyninə çip yerləşdiriləcək

İlon Maska məxsus olan Neuralink şirkəti 2022-ci ildə insan beyninə bu şirkətin çiplərinin implantasiyasına başlamağı planlaşdırır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, beyinlərinə çiplər yerləşdiriləcək ilk pasiyentlər onurğa beyni ağır zədələnmiş xəstələr olacaq. Neuralink şirkəti tərəfindən yaradılan çiplər insanların beyninə bu orqanın aktivliyini qeydə almaq və stimulyasiya etmək üçün implantasiya olunacaq.

Çipin tibbdə, məsələn, onurğa beyninin ciddi zədələrinin və nevroloji pozuntuların müalicəsi üçün tətbiq edilməsi nəzərdə tutulur. Mask “The Wall Street Journal” nəşrinin Direktorlar Şurasının sammitində birbaşa efirdə müsahibə zamanı şirkətin 2022-ci il üçün planları barədə sualın cavabında bildirib ki, Neuralink texnologiyası meymunlar üzərində sınaqdan keçirilib. Ekspertlər bu çipin təhlükəsiz və etibarlı olduğunu, habelə zəruri hallarda çipi təhlükəsiz çıxarmaq mümkün olduğunu təsdiq ediblər.

Neuralink şirkəti beynin interfeysi texnologiyasının yaradılması ilə məşğul olan yeganə şirkət deyil. Bu il iyul ayında 20 nəfər əməkdaşı olan Synchron biotexnologiya firması həmin çiplərin insanlar üzərində testlənməsinə başlamaq üçün Qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin razılığını alıb.

Tarix
2021.12.09 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla