Yuxarı

"Bayraqdar" bu ölkədə də savaşın taleyini dəyişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyada üsyançı qüvvələr paytaxt Əddis-Əbəbənin 130 kilometrliyinə yaxınlaşdıqdan sonra bir neçə həftə ərzində darmadağın olub.

Axar.az xəbər verir ki, dünya mətbuatı bu qələbənin arxasında Türkiyənin gücünün olduğunu bəyan edib.

Dünyanın öndə gələn nəşrlərindən olan "Nyu York Tayms" Türkiyə PUA-larının Efiopiyada vətəndaş müharibəsinin nəticəsini müəyyənləşdirdiyini yazıb:

"Nobel mükafatı laureatı, Baş nazir Abiy Əhməd əsgərlərini qəhrəman adlandırsa da, müharibənin taleyini dəyişən əsl qəhrəmanlar səmada süzürdü: Türkiyədən alınmış "Bayraqdar TB2" silahlı pilotsuz uçuş aparatı.

Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və İrandan da pilotsuz uçuş aparatları tədarük edən Efiopiya ordusu paytaxtın qapısına dayanan Tiqray üsyançılarını pilotsuz təyyarələrlə geri otuzdurdu.

"Bayraqdar TB2" PUA-ları Əddis-Əbəbəyə gedən yolda üsyançılara və onlara dəstək verən təchizat konvoylarına ard-arda zərbələr endirdi. Bu hücumla bağlı danışan üsyançıların liderlərindən Tsadkan Gebretensae deyib: "Bir dəfə səmada 10 PUA var idi. Təsirini xəyal edin, asan hədəf olduq".

Qəzet sonda bildirib ki, "Bayraqdar"lar Liviya və Qarabağda olduğu kimi, Efiopiyada da qalibi müəyyən edib.

Bir çox Afrika ölkəsinin "Bayraqdar TB2" ilə maraqlandığını qeyd edən NYT Türkiyədən Efiopiyaya müdafiə və hava ixracatının bir ildə 235 min dollardan 95 milyon dollara yüksəldiyini yazıb.

Qeyd edək ki, Efiopiyadakı üsyançılar iki bölgədən geri çəkilərək "qalaları"na qayıtdıqlarını elan ediblər. Bu, 13 aydır davam edən müharibədə dönüş nöqtəsi olub.

Tarix
2021.12.22 / 09:27
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla