Yuxarı

ABŞ nəşri Rusiyanın ən təhlükəli 5 silahından yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ nəşri Rusiyanın ən təhlükəli 5 silahından yazdı

ABŞ-ın “19FortyFive” portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb.

Axar.az xəbər verir ki, siyahının ilk pilləsində “Poseydon” pilotsuz sualtı qayığı yer alıb. Məqalə müəllifi bildirib ki, bu silah ABŞ-ın istənilən sahilini hədəf ala bilər.

İstvud S-400 Triumf zenit-raket kompleksini Rusiyanın xüsusi güclü silahlarından biri kimi qeyd edib:

"Bu silah nəinki düşmənin pilotsuz təyyarələrini və bəzi dronlarını məhv edə, həm də qanadlı və ballistik raketlərə qarşı da 400 kilometr məsafədə istifadə oluna bilər".

O, həmçinin Rusiyanın Pantsir S-1 hava hücumundan müdafiə raket sistemini də qiymətləndirib:

"“Pantsir S-1 12 yer-hava tipli idarəolunan raketlə yanaşı, iki 30 mm-lik topla silahlandırılıb. Kompleks ballistik və qanadlı raketlərə, eləcə də yüksək dəqiqlikli döyüş sursatlarına mükəmməl cavab verir. Silah öz növbəsində təkmilləşdirilmiş radara, aşkarlama diapazonuna və daha effektiv fırlanan toplara malikdir".

Amerikalı ekspert "Mi" “gecə ovçusu” hücum helikopterinin modernləşdirilmiş versiyasını təhlükəli silahlar siyahısına daxil edib:

"Helikopter saatda 290 kilometrə qədər sürət yığa bilir, uçuş məsafəsi 450 kilometrdir. Eyni zamanda, helikopter tam silahlanıb. Onun arsenalında 30 millimetrlik top, tank əleyhinə idarə olunan raketlər, adi raketlər var və modernləşdirmədən sonra Mi-28NM hər cür hava şəraitinə uyğundur”.

Müəllif qitələrarası ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş “Yars” raket sistemlərini də nəzərdən qaçırmayıb:

"Bu sistemlərin hər biri 150-250 kiloton tutumlu və 10 min kilometrdən çox məsafədə 3-6 ədəd döyüş başlığı daşıya bilir. Kompleksi hərəkət edərkən aşkar etmək çətindir və raketlərin buraxılmasına hazırlıq cəmi yeddi dəqiqə çəkir".

Tarix
2022.01.02 / 09:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı – Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla