Yuxarı

Türklər yaxşı at minir, kürdlər ölümünə döyüşür – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklər yaxşı at minir, kürdlər ölümünə döyüşür – Fotolar

"Tarixdə türklər və kürdlər" adlı simpoziumda maraqlı faktlar təqdim olunub.

"Axar.az" xəbər verir ki, Türk Tarix Qurumu (TTQ) ilk dəfə "Tarixdə türklər və kürdlər" adlı simpozium təşkil edib. Simpoziuma TTQ-nin sərdi Mətin Hülakü və tarixçilər qatılıb. Açılışda türklər və kürdlərlə əlaqədar maraqlı slayd-şou yayımlanıb. Onlardan bəziləri:

1) Fateh Sultan Məhmətin müəllimi Molla Gürani türkləşmiş kürd olub.

2) Dərsimin tayfa başçılarından olan Heydər Ağaya, Qazi Paşaya (Atatürk) qarşı sui-qəsd təşkil etməsi üçün böyük məbləğdə pul verilib. Heydər Ağa Paşanın yolunu kəsib vəziyyəti izah edib və mübarizəsinə dəstək verdiyini bildirib. Pulu da Paşaya verib. Ancaq Paşanın "Dərsim məbusu (deputat) ol" təklifini qəbul etməyib.

3) Sultan Süleyman Qanunidən anası soruşub: "Oğlum, o qədər yer fəth etdin. Necə qoruyacaqsan?" Qanuni kürdlərin vacibliyini izah edərək bu cavabı verib: "Onlardan sur düzəltdim (Qurani-Kərimə görə, İsrafil Qiyamət günü sur çalacaq – red)".

4) Keçmişdə türk, kürd və ya ərəb olmaq adamın ağlına bir irqdən çox bacarıq və çatışmazlıqları gətirirdi. Türklər yaxşı at minər, kürdlər ölümünə döyüşər, ərəblər gözəl şeir deyərdilər.

5) Türk və kürd soyundan gələn Səlahəddin Əyyubi hər iki soyun xüsusiyyətlərinə malik idi və hər iki soyun rəğbətini qazanmışdı.

6) Səlcuqlər imperiyasının hökmdarı Toğrul Bəyin ən çox güvəndiyi komandir də kürd olub.

7) Sultan Yavuz Səlimin şeyxülislamı Əbusuud Əfəndi kürd idi. Səlim kürd tayfalarının Osmanlıya müharibəsiz tabe olması üçün çalışıb və uğurlu olub.

8) Axırıncı Osmanlı Məbusan Məclisində (Milli Məclis) Kürdistan məbusları da olub.

Tarix
2014.01.11 / 01:10
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla