Yuxarı

Rusiyanın işğal üçün bəhanə axtarması... - Cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın işğal üçün bəhanə axtarması... - Cavab

ABŞ-ın Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtarması ilə bağlı ittihamları əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

"Ağ Ev və Pentaqonun mətbuat sözçülərinin brifinqlərində Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtardığına dair iddialarının heç bir sübutu yoxdur. Bu cür bəyanatlar ölkəmizə qarşı informasiya təzyiqini təsdiqləyir və eyni ssenari təkrarlanır. Rusiya müharibəyə qarşıdır. Biz bütün beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıyıq.

Amerikalı həmkarlarımızı bu cür avantüralara qarşı xəbərdar etmək istəyirik. Bir daha vurğulamaq istərdik ki, ABŞ-ın həm rəsmi səviyyədə, həm də mətbuat vasitəsilə bizə qarşı ittihamları əsassızdır və heç bir əsası yoxdur.

ABŞ-ı Rusiya tərəfinin təklif etdiyi layihələr əsasında təhlükəsizlik təminatları üzrə mühüm çalışmalarda iştirak etməyə çağırırıq", - səfirlik bildirib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Cen Psaki Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtardığı, buna görə casus əməliyyatı hazırladığı haqda kəşfiyyat məlumatları olduğunu bildirmişdi.

Tarix
2022.01.16 / 10:21
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Diplomatiyada tarixi və diqqətçəkən dönüş nöqtəsi...

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla