Yuxarı

Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ankarada anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, professor Əmirullah Mehmetov, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamenterlər Fondunun sədri Abdullah Çalışqanın çıxışları dinlənilib.

Çıxışlarda sovet hakimiyyətinin son illərində Azərbaycan xalqına qarşı həyata keçirilən düşmənçilik siyasətinin səbəb və məqsədlərindən, eləcə də imperiya rəhbərliyinin xalqımızın milli azadlıq ruhunu boğmaq cəhdindən danışılıb. Həmçinin Qanlı Yanvar faciəsi ilə bağlı acı xatirələr, eləcə də bu dəhşətli cinayətin həmin dövrdə qardaş Türkiyədə dərin narahatlıq yaratmasından bəhs edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı rəşadətli Qələbənin əhəmiyyətini xüsusi vurğulayan natiqlər böyük Zəfərin xalqımızın azadlıq və müstəqillik arzularının nəticəsi kimi dəyərləndiriblər.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti əks etdirən fotolent nümayiş olunub.

Tarix
2022.01.21 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla