Yuxarı

ABŞ-dan Çin aviaşirkətlərinə qadağa: Pekindən etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Çin aviaşirkətlərinə qadağa: Pekindən etiraz

ABŞ hökuməti Çinin aviasiya şirkətlərinin Birləşmiş Ştatların müxtəlif şəhərlərindən Çin istiqamətinə nəzərdə tutulan 44 sərnişin təyyarəsi uçuşunun ləğv olunması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, qərar yanvarın 30-dan martın sonunadək qüvvədə olacaq və “Air China”, “China Southern”, China Eastern” və “Xiamen Airlines” şirkətlərinin uçuşlarına tətbiq ediləcək.

Vaşinqton bu qərarın Çinin ABŞ aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi qadağaya cavab olduğunu bildirib.

Rəsmi Pekin isə Birləşmiş Ştatların bu qərarına etiraz edib və onu çox əsassız hesab etdiyini açıqlayıb. Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ı Çin aviaşirkətlərinin uçuşlarını pozmamağa və məhdudlaşdırmanı dayandırmağa çağırıb.

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar qüvvədə olan qaydalara əsasən, Çinə gələn təyyarələrdəki sərnişinlərdən COVİD-19 infeksiyasına yoluxanların sayına uyğun olaraq, həmin aviaşirkətin uçuşlarına bir neçə həftəlik qadağa qoyulur. Bu qaydaya əsasən, Pekin ABŞ-ın “United Airlines”, “American Airlines” və “Delta Air Lines” şirkətlərinin ümumilikdə 44 uçuşunu ləğv edib.

Tarix
2022.01.22 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla