Yuxarı

NATO Rusiyaya şok tələblər irəli sürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO Rusiyaya şok tələblər irəli sürdü

Rusiya Gürcüstan, Ukrayna və Moldovadan öz ordularını çıxartmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Rusiyanın təhlükəsizlik təminatı tələbləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, NATO “açıq qapı” siyasətindən qətiyyən imtina etməyəcək.

Rusiya ilə ciddi fikir ayrılığının olduğunu qeyd edən Stoltenberq məhz buna görə dialoqu vacib saydığını bildirib və Rusiya ilə “birbaşa əlaqə xətti” yaradılmasını təklif edib.

Qeyd edək ki, ABŞ öz səfirliyi vasitəsilə Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələbinə yazılı cavabı çatdırıb. Eyni zamanda NATO Brüsseldə öz yazılı cavabını Rusiya nümayəndələrinə təqdim edib.

Cavablarla bağlı geniş açıqlama olmasa da, Y.Stoltenberqin açıqlaması artıq çox mətləbdən xəbər verir.

Rusiya Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməyəcəyi barədə təminat, NATO qüvvələrinin 1997-ci il sərhədlərinə qayıtması və s. kimi tələblər qoymuşdu.

Tarix
2022.01.26 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla