Yuxarı

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022.01.27. 18:51

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında silahlı atışma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət sərhəd xidməti məlumat yayıb.

***

Qırğızıstan və Tacikistan sərhəd ərazilərə xeyli sayda ordu, milis və təhlükəsizlik qüvvələri cəlb edilib.

Bu barədə rəsmi Düşənbənin məlumatında deyilir.

Sərhəddə toqquşma zamanı yaralıların olduğu bildirilib.

Hazırda da şiddətli atışmalar davam edir.

***

Qırğızıstan-Tacikistan sərhədində atışma dayanıb.

Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Atışmaya səbəb kimi Tacikistan hərbçilərinin İsfan-Batken yolunu bağlaması olub.

***

Silahlı atışmalar zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Onların hamısı Tacikistan vətəndaşlarıdır.

***

Qırğızıstan-Tacikistan sərhədində silahlı atışma yenidən başlanıb.

***

Qarşıdurma zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər yaralanıb.

Onlardan 11-i Tacikistan, 6-ı isə Qırğızıstan vətəndaşıdır.

***

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

***

Silahlı insidentdən dolayı Qırğızıstanın Batken, Tacikistanın isə Soqdi vilayətinin qubernatorları arasında danışıqlar başlayıb.

Danışıqların Batken vilayətinin Kak-Say rayonunda baş tutduğu bildirilib.

Tarix
2022.01.28 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla