Yuxarı

ABŞ Üçüncü Dünya müharibəsini çoxdan uduzub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Üçüncü Dünya müharibəsini çoxdan uduzub

Üçüncü Dünya müharibəsi bir neçə onillikdir davam edir və ABŞ Çinə uduzur.

Axar.az xəbər verir ki, bunu amerikalı politoloq Maykl Reyqan “Deyli Friman” qəzetinə yazdığı məqaləsində bildirib.

Ekspert ABŞ Prezidenti Co Baydeni Ukraynanın Rusiyanın işğalına qarşı çıxmaq üçün Şərqi Avropaya 2 min əsgər göndərdiyinə görə tənqid edib.

Reyqanın fikrincə, əsl lider Rusiyaya ultimatum verib, Almaniyaya gedən “Şimal axını” qaz kəmərini kəsib, "Keystone" boru kəmərini açaraq bütün dünyanı ucuz yanacaqla doldurmalı idi.

Lakin, eyni zamanda, Reyqan Rusiyanı Amerika üçün əsas təhlükə hesab etməməyə, Çinə diqqət yetirməyə çağırıb.

"Bizim bütün iqtisadiyyatımız təhlükəli dərəcədə Çindən və onun fabriklərindən asılıdır",- deyə politoloq qeyd edib.

O, həmçinin Rusiyanın Ukrayna üzərində Üçüncü Dünya müharibəsinə başlayacağından qorxmamağa çağırıb.

Tarix
2022.02.07 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla