Yuxarı

Melkonyan: Ankara "Bayraqdar" məntiqinə də qayıda bilər!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yumşaq gücdən istifadə edir və tədricən öz arsenalını genişləndirir və bu, Ermənistan tərəfi üçün problemlər yaradacaq. Çünki Ermənistanın xüsusi nümayəndəsi və bütövlükdə ölkənin indiki hakimiyyətində Türkiyənin addımlarını hesablamaq üçün peşəkarlıq və təcrübə çatışmır.

Axar.az xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Melkonyan Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 24 fevralda Vyanada baş tutacaq növbəti görüşünü şərh edərkən deyib.

Melkonyan bildirib ki, Ankara hələ də erməni maraqları ilə heç bir əlaqəsi olmayan mövqeyini gizlətmir:

“Türkiyə Azərbaycanla prosesi koordinasiya etdiyini bəyan edir və Bakı üçün qəbuledilməz olan heç nə etməyəcək. Amma biz Azərbaycan üçün nəyin məqbul, nəyin qəbuledilməz olduğunu bilirik. Yəni Türkiyə bəyan edir ki, Qarabağ “xalqının” öz müqəddəratını təyin etmək “hüququ”, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutan addımlar atmayacaq”.

Melkonyan bildirir ki, ermənilər Ankaranın nəzakətindən təsirlənməməlidir, çünki Türkiyə “Bayraqdar” məntiqinə çox tez qayıda bilər.

Tarix
2022.02.08 / 08:15
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla