Yuxarı

Ukraynada gərginlik: daha 6 ölkə çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada gərginlik: daha 6 ölkə çağırış etdi

21:52

Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən vətəndaşlarına ərazini tərk etmək çağırışı edən ölkələrin sayı durmadan artır.

Axar.az xəbər verir ki, son olaraq, Fransa, İraq və İtaliya hökumətləri də vətəndaşlarına çağırış edərək, Ukraynaya səfər etməmələrini tövsiyə ediblər.

Bu ölkədə olan vətəndaşların isə Ukraynanı tərk etmələri istənilib. Xüsusilə, Ukraynanın şərqinə səfər edilməməsi xəbərdarlığı edilib.

Qeyd edək ki, daha öncə ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, İsveç, Niderland, Kanada, Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, BƏƏ, İsrail, Cənubi Koreya, Avstraliya və s. ölkələr vətəndaşlarına Ukraynaya səfər etməmək və buradakı vətəndaşlarına isə təcili Ukraynanı tərk etmək barədə çağırış edib.

Bir çox ölkə isə artıq diplomatlarının təxliyəsinə başlayıb.

***

Daha üç ölkə Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən vətəndaşlarına çağırış edib.

Sloveniya, Şimali Makedoniya və Monteneqro da vətəndaşlarına Ukraynaya səfərdən çəkinmələrini, bu ölkədə olan vətəndaşların isə ölkəni tərk etmələrini tövsiyə edib.

Tarix
2022.02.12 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla