Yuxarı

Voronin: Prezident özünü apara bilmir, çox pul ödəyirik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Voronin: Prezident özünü apara bilmir, çox pul ödəyirik

Moldova Prezidenti Maya Sandu və Nataliya Qavrilitsa hökumətinin birtərəfli qaydada Qərbə yönəlməsi Rusiya ilə münasibətlərin pisləşməsinə və iqtisadiyyatda ciddi problemlərə səbəb olub.

Axar.az xəbər verir ki, bu sözləri Moldovanın müxalif "Kommunistlər və Sosialistlər" blokunun həmsədri, keçmiş prezidenti Vladimir Voronin deyib.

"Moldovaya fayda verə biləcək ölkələrlə əməkdaşlıq etməyi bacarmaq gərəkdir. Qərbə birtərəfli istiqamətlənmə faydasız, zərərli oriyentasiyadır, ABŞ-ın göstərişlərinin yerinə yetirilməsi isə sərfəli olmayan yoldur", - Voronin bildirib.

Onun sözlərinə görə, prezident və hökumət Moldovanın neytral ölkə olduğunu unudub. Nümunə kimi o, yüksək qaz qiymətlərinin səbəb olduğu enerji böhranını göstərib:

“Qaz problemini gördük. Kim və necə həll edir, hansı qeyri-peşəkar səviyyədə? Biz prezidentimiz adlandırılan şəxsin hazırlıqsız olduğunu gördük. Ona Krım plaformasında iştirak etmək lazım idi? Ona görə də biz indi min kubmetr qaz üçün 800 dollar ödəyirik. Özünü aparmağı bacarmaq lazımdır”.

Tarix
2022.02.17 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla