Yuxarı

General ABŞ-ı Əl-Qaidə ilə birləşməyə çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
General ABŞ-ı Əl-Qaidə ilə birləşməyə çağırdı

İŞİD-ə qarşı Əl-Qaidə terror qruplaşmasından istifadə oluna bilər.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) keçmiş rəhbəri, istefada olan ordu generalı Devid Petreus bildirib. O, İŞİD-ə qarşı Əl-Qaidə tərəfdarı sayılan Nusra Cəbhəsindən istifadə etməyə çağırıb.

Bildirilir ki, amerikalı generalın bu ideyası onun İraqdakı təcrübəsi ilə bağlıdır və o, vaxtilə bu ölkədə şəriət qaydalarından narazı olan sünni döyüşçülərdən Əl-Qaidəyə qarşı istifadə edib.

Qeyd edək ki, amerikalı siyasətçilər Petreusun İŞİD-ə qarşı Əl-Qaidənin Suriya qolundan istifadə planının mümkünsüz olduğunu bildirirlər. Onlar buna səbəb kimi Nusra Cəbhəsinin Ağ Ev tərəfindən rəsmən terror təşkilatı kimi tanınmasını və qruplaşmanın 11 Sentyabr hücumlarına görə məsuliyyət daşıyan Əl-Qaidənin bir hissəsi olmasını göstəriblər.

Tarix
2015.09.01 / 19:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla