Yuxarı

İspaniya: “Əsədlə danışmağın vaxtı çatdı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya: “Əsədlə danışmağın vaxtı çatdı”

Tehranda bir araya gələn İran və İspaniya xarici işlər nazirləri Suriya məsələsini müzakirə edib.

Axar.az məlumat verir ki, ispaniyalı nazir Xose manuel Qarsiya-Marqalo Suriya lideri Bəşər Əsədlə danışıqların fayda verəcəyini deyib.

İspaniyanın "El Mundo" qəzetinin xəbərinə görə, Marqalo danışıqların təcili başlanmasının əhəmiyyətinə toxunub:

"Bu günə qədər 250 min adamın ölümünə yol açan bu savaşın daha çox insani faciəyə yol açmasını istəmiriksə, Əsəd rejimiylə müzakirələrə başlamalıyıq. Qərbin Əsədlə danışıqları rədd etməsi ölkədə boşluq yaradır. Bu boşluq da İŞİD tərəfindən istifadə edilir. Terrorçulara qarşı BMT-nin qərarı ilə dəstəklənən mübarizə aparılmalıdır. Xoşumuza gəlsə də, gəlməsə də, Əsəd hökuməti BMT-də təmsil olunur".

Sülhə düşmənlə anlaşaraq nail olmağa inandığını deyən 71 yaşlı diplomat ABŞ-ın sabiq prezidentləri Riçard Nikson və Ronald Reyqanın Çin və Sovet İttifaqı ilə danışıqlarını nümunə gətirib.

Marqalo ilə təşkil etdiyi mətbuat konfransında danışan Tehran xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif də Əsədin istefasını istəyənləri tənqid edib:

"Suriyanın qonşularından eşitdiyimiz şüarlar sülhə gətirməyəcək. Əsədin gedib-getməyəcəyinə yalnız Suriya xalqı qərar verəcək".

Tarix
2015.09.08 / 21:20
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla