Yuxarı

Azərbaycanlı politoloqdan türk köşə yazarına cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı politoloqdan türk köşə yazarına cavab

"Konqresin erməni soyqırımını tanıması mənasız bir şeydir".

Bunu "Axar.az"a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə dedi.

O, erməni soyqırımı ilə bağlı qanunun Konqres tərəfindən tanınmayacağını bildirdi:

"Malı mala qatmaq lazım deyil. ABŞ konqresi erməni soyqırımını tanıyan qanunu qəbul etməyəcək. Bu halda ABŞ Türkiyəyə təzyiq vasitələrindən birini itirəcək. Bu isə Amerikaya lazım deyil".

Qeyd edək ki, bu gün "Today`s Zaman" qəzetinin köşə yazarı Lalə Kamal Türkiyədəki korrupsiya əməliyyatlarının ABŞ Konqresinin erməni soyqırımını tanımasına gətirib çıxaracağını yazıb. O buna səbəb kimi baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkədəki proseslərdə xaricdəki qüvvələri, xüsusilə ABŞ-ı günahlandırmasını göstərib. L.Kamal bununla bərabər Senatın Xarici Məsələlər üzrə komissiyasının rəhbəri Robert Menendezin üzərində erməni lobbisinin təsirinin güclü olduğunu və Baş nazirin addımlarının bunu tezləşdirəcəyini bildirib.

Tarix
2014.01.14 / 18:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla