Yuxarı

Rusların “müharibə simvolu” Mariupolda – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusların “müharibə simvolu” Mariupolda – Foto

Rusiya müvəqqəti işğal olunmuş Mariupolda Rusiyaya dəstək simvolu kimi Sovet İttifaqının bayrağını əlində tutan yaşlı qadın heykəlini qoyub.

Axar.az xəbər verir ki, bu barədə Mariupol meri Petr Andryuşenko deyib.

O bildirib ki, ruslar Donetsk vilayətinin kənd və qəsəbələrində giriş lövhələrini də dəyişdirməyə başlayıblar:

“Dünən Rusiya Prezidenti Administrasiyasının birinci müavini Sergey Kiriyenko və Vahid Rusiya Partiyasının Ali Şurasının katibi Andrey Turçak Mariupolda olublar. Onlar indi inadla “Lenin komsomolu” adlandırdıqları Azad döyüşçülər meydanında SSRİ bayrağını əlində tutan nənə heykəlinin açılışını ediblər”.

Andryuşenko əlavə edib ki, Turçak çıxışı zamanı Rusiya ilə Ukrayna arasında müharibənin 8 ildir davam etdiyini bildirib və mayın 9-da Mariupolda parad keçiriləcəyini elan edib.

Qeyd edək ki, Ukraynanın Xarkov vilayətinin Dvureçensk rayonunda yaşayan Anna Rusiyanın Ukraynada apardığı müharibənin simvoluna çevrilib. Səbəb isə odur ki, o, sovet bayrağı ilə ukraynalı hərbçilərin önünə çıxıb, hərbçilər bayrağı yerə atanda isə təklif edilən ərzaq payından imtina edib və və bayrağı qaldıraraq, “Bu bayraqla atam faşistlərə qarşı döyüşmüşdü” deyib.

Tarix
2022.05.05 / 12:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla