Yuxarı

Rusiya raket zərbələrini gücləndirib - Səbəblər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya raket zərbələrini gücləndirib - Səbəblər

Son günlər Ukraynanın hər yerində düşmənin raket zərbələrinin intensivləşməsi Rusiyanın qeyri-müəyyənliyini nümayiş etdirir və aqoniyaya bənzəyir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

O, son günlər Ukrayna ərazisinin atəşə tutulmasının intensivləşməsini və genişlənməsini izah edə biləcək bir neçə amili qeyd edib:

“Düşmən tərəfindən artilleriya atəşinin ilk məqsədi bütövlükdə Ukraynanı zəiflətməkdir. Çünki raket zərbələri daha çox hərbi hədəflərə deyil, mülki həyatda istifadə olunan infrastruktura endirilir. İkinci məqsəd nəqliyyat infrastrukturu, anbarlar, neft emalı və taxıl müəssisələri, qida sənayesi obyektləridir. Yəni, raket hücumları ölkədə logistik proseslərə ziyan vuracaq şəkildə həyata keçirilir: həm Qərb tərəfdaşlarımızdan Ukraynaya silah tədarükü, həm də iqtisadi itkiləri artırmaq... Düşmənin üçüncü məqsədi ukraynalılar arasında təşviş və mənəvi destabilizasiya yaratmaqdır”.

Ekspert hesab edir ki, Rusiya hər şeyi guya əldə edə biləcəyini hər yerdə nümayiş etdirməyə çalışır:

“Amma bu gün yuxarıda qeyd olunan məqsədlərin heç birinə nail olunmayıb. İnfrastruktur adətən zədələnir və iqtisadi itkilər artır, lakin Ukrayna xalqının müqavimət göstərmək iradəsini qırmaq mümkün deyil”.

Tarix
2022.05.06 / 08:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla