Yuxarı

Bizə meydan oxunub, qəbul edirik - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizə meydan oxunub, qəbul edirik - Lavrov

Rusiyaya qarşı Qərbin elan etdiyi total hibrid müharibənin nəticələrini istisnasız olaraq hamı hiss edəcək.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov deyib.

Xarici və Müdafiə Siyasəti Şurasında çıxış edən Sergey Lavrov Qərbin onlara qarşı total müharibə elan etdiyini söyləyib:

“Kollektiv Qərbin bizə elan etdiyi bu savaşın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir, lakin istisnasız olaraq hamı bunun nəticəsini öz üzərində hiss edəcək”.

XİN başçısı birbaşa toqquşmadan qaçmaq üçün hər şeyi etdiklərini qeyd edib: "Lakin bir halda ki meydan oxunub, onu qəbul edirik".

Rusiya rəsmisi sanksiyalara yad olmadıqlarını, onların bu və ya digər formada onsuz da həmişə Rusiyaya tətbiq edildiyini sözlərinə əlavə edib.

Sergey Lavrov sadəcə Qərbdə “mağara təfəkkürlü rusofob əhval-ruhiyyədən təəccübləndiklərini” dilə gətirib.

Tarix
2022.05.14 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla